Bütün xəbərlər
Aİ-nin 5 ölkəsində Ukrayna taxılına qadağa qoyulub
Tarix: 02-05-2023 22:29 | Bölmə: Karusel


Avropa Komissiyası Ukraynadan Aİ-nin 5 ölkəsinə taxıl idxalına qadağa qoyub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa və Slovakiyadan gedir. İndi bu dövlətlər Meydandan kənd təsərrüfatı məhsullarının idxalına öz məhdudiyyətlərini aradan qaldırmalıdırlar.
TASS agentliyi yazır ki, bütün digər Aİ ölkələri Ukraynadan buğda, kolza, qarğıdalı və günəbaxanı sərbəst ala bilər.
Kiyevin fikrincə, Avropa İttifaqının bu hərəkətləri qəbuledilməzdir - onlar Ukrayna ilə Aİ arasında assosiativ sazişi pozur.
Xatırladaq ki, daha əvvəl Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa və Slovakiya birtərəfli qaydada Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub, çünki yerli fermerlər ucuz Ukrayna taxılıyla rəqabət apara bilmirlər.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər