Bütün xəbərlər
Tacikistanda mikroavtobus 200 metr hündürlükdən düşüb
Tarix: 01-05-2023 23:34 | Bölmə: Karusel


Tacikistanın Ayni rayonunda mikroavtobus qayadan yıxılaraq təxminən 200 metr hündürlükdən aşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Komitəsinin məlumatına görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb, 3 nəfər xəstəxanadadır.
Mayın 1-də səhər saat 5 radələrində “Hyundai Starex” markalı avtomobil Aynidən Pəncikent istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxıb. Xilasedicilər dağılmış avtomobilə yalnız dırmaşma ləvazimatları ilə çıxa bilib, onun köməyi ilə sürücünün və 5 sərnişinin cəsədlərini dərin dərədən çıxarıblar.
Bir qadın və iki uşaq sağ qala bilib, onlar xəstəxanadadırlar.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər