Bütün xəbərlər
“Çexov ayıları” 12-ci dəfə həndbol üzrə Rusiya kubokunun qalibi olub
Tarix: 01-05-2023 22:35 | Bölmə: Karusel


Moskva yaxınlığındakı "Çexov ayıları" klubunun həndbolçuları Rusiya kubokunun finalında "Perm ayıları"nı məğlub ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvada keçirilən görüş 34:30 hesabı ilə başa çatıb.
Moskva vilayətinin komandası 12-ci dəfə Rusiya kubokunun qalibi olub. Çexov ayıları daha əvvəl 2009, 2010, 2011, 2012, 2013, 2015, 2016, 2018, 2019, 2020 və 2021-ci illərdə qalib gəlib.
Turnirdə üçüncü yeri isə bürünc medal uğrunda görüşdə Sankt-Peterburq “Zenit”ini 31:27 hesabı ilə məğlub edən paytaxtın ÇSKA komandası tutub.
Ötən il Stavropol “Viktor”u ilk dəfə Rusiya kubokunun qalibi olub.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər