Bütün xəbərlər
"Auchan"-ın Rusiya bölməsi korrupsiyada şübhəli bilinirdi
Tarix: 29-04-2023 22:32 | Bölmə: Karusel


2020-ci ildən Fransa Maliyyə Prokurorluğu "Auchan"-ın Rusiya bölməsi ilə bağlı araşdırma aparır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb korrupsiya şübhəsidir. Bu barədə "Agence France-Presse" xəbər verir.
Vəziyyətlə tanış olan mənbə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 2020-ci ildə şirkətdə axtarışlar aparılıb. Korrupsiya, Maliyyə və Vergi Hüquqpozmalarına Qarşı Mübarizə üzrə Mərkəzi İdarə Rusiya bölməsinin həm indiki, həm də keçmiş əməkdaşlarını dindirib.
Araşdırmalar “Exos” qəzetində dərc olunduqdan sonra başlayıb. Materialda vəkil kimi təqdim olunan Aleksey Jarov "Auchan"-ın Rusiya bölməsində baş verən korrupsiya sxemlərini təsvir etdi. Daha sonra şirkət özü bildirdi ki, Jarov onunla müqaviləsi əvvəllər yenilənmədiyi üçün öz hekayəsi ilə mətbuatı maraqlandırmağa çalışır.
"Auchan Retail"-in Rusiya bölməsi "Auchan Retail Russia" adlanır. Şirkət ölkədə 2002-ci ildən fəaliyyət göstərir.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər