Bütün xəbərlər
MAQATE mütəxəssisləri atışma və partlayış qeydə alıb
Tarix: 28-04-2023 22:52 | Bölmə: Karusel


Cümə günü MAQATE-nin saytında təşkilatın baş direktoru Rafael Qrossinin bəyanatı dərc olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nüvə agentliyinin rəhbəri Zaporojye atom elektrik stansiyasının yaxınlığında mina partlayışı barədə məlumat verib.
Qrossinin sözlərinə görə, stansiyada olan MAQATE ekspertləri obyektin yaxınlığında davam edən hərbi əməliyyatlar səbəbindən daim risk altındadırlar. Mütəxəssislər müntəzəm olaraq Ukrayna ordusunun raket hücumlarından və artilleriya hücumlarından qorunur.
Vəziyyətin gərginləşməsi və AES-in atəşə tutulmasının intensivləşməsi MAQATE rəhbərliyini ciddi narahat edir. Qrossi bir daha qeyd edir ki, gecikmədən Zaporojye AES-in mühafizəsi ilə bağlı danışıqlara başlamaq son dərəcə vacibdir.
Bundan əvvəl agentlik rəhbəri şəxsən Zaporojye stansiyasında olub, obyektə bitişik əraziyə baxış keçirib. Rafael Qrossi öz gözləri ilə əmin oldu ki, stansiya Ukrayna tərəfindən mütəmadi olaraq atəşə tutulur.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər