Bütün xəbərlər
Hüquq-mühafizə orqanları Vnukovo hava limanı üzərində dronla bağlı məlumatları yoxlayır
Tarix: 24-04-2023 22:51 | Bölmə: Karusel


Bazar ertəsi axşam saatlarında paytaxtın fövqəladə hallar xidmətinə Vnukovo hava limanı üzərində naməlum dronun görünməsi barədə məlumat daxil olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hava limanının üzərindəki səma təhlükəsizlik səbəbi ilə bağlanıb.
TASS agentliyinin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən verdiyi ilkin məlumata görə, aprelin 24-də axşam saatlarında paytaxtın Vnukovo hava limanı üzərindəki hava məkanı səmada naməlum pilotsuz təyyarənin görünməsi ehtimalı ilə bağlı xəbərlərdən sonra bağlanıb.
Bir qədər sonra Vnukovo hava limanının administrasiyası hava məkanının yenidən açıldığını, hava limanının adi qaydada işləməyə davam etdiyini bildirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər