Bütün xəbərlər
“Ural”ın yarımmüdafiəçisi Qazinski çiynindən əməliyyat olunub
Tarix: 24-04-2023 18:45 | Bölmə: Karusel


Yekaterinburq "Ural"ının yarımmüdafiəçisi Yuri Qazinski çiynindən əməliyyat olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançı Rusiya Premyer Liqasının 23-cü turunun ÇSKA ilə görüşündə zədələnib.
"Yura Qazinski uğurla əməliyyat olunub və sizə böyük salam göndərir", - "Ural"ın mətbuat xidməti futbolçunun əməliyyatdan sonrakı fotosunu yayımlayıb.
Qazinski 2022-ci ilin yayında "Ural"ın futbolçusu olub. Yarımmüdafiəçi buna qədər "Krasnodar", "Torpedo", "Luç" və "Smena"da çıxış edib.
Bu mövsüm Yuri 20 matçda iştirak edib, o, beş qol vurub və üç məhsuldar ötürmə verib. Həmçinin yarımmüdafiəçinin hesabına Rusiya millisində 21 oyun və bir qol var.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər