Bütün xəbərlər
Perunun keçmiş prezidenti Toledo ABŞ-dan vətəninə ekstradisiya edilib və onu 20 il həbs gözləyir
Tarix: 23-04-2023 23:40 | Bölmə: Karusel


Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan vətəninə ekstradisiya edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RPP radiosunun xəbərinə görə, kommersiya reysi ilə eks-dövlət başçısı 18 aylıq həbs-qətimkan tədbirini çəkmək üçün Peruya gəlib.
Ali Məhkəmənin mətbuat xidməti bildirib ki, Toledo məhkəmə binasına aparılacaq və burada standart identifikasiya prosedurları aparılacaq.
Toledo 2001-2006-cı illərdə Perunun prezidenti olub. İstintaq orqanlarının fikrincə, onun vəzifədəki fəaliyyəti tender qaydalarına dəyişiklik edən qanunun qəbuluna kömək edə bilərdi. Qanunun qəbulundan sonra Braziliyanın məşhur tikinti şirkəti Odebrecht sonradan ümumi dəyəri yarım milyard dollar olan bir sıra iri müqavilələr qazana bildi. Alexandro Toledonun aldığı iddia edilən rüşvətin ümumi məbləği 20 milyon dollar qiymətləndirilir.
Əgər onun günahı Peru məhkəməsi tərəfindən sübuta yetirilərsə, keçmiş milli lideri bu cinayətə görə 20 ildən çox həbs cəzası gözləyir.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər