Bütün xəbərlər
İtaliyada zəlzələ baş verib
Tarix: 21-04-2023 22:43 | Bölmə: Karusel

Cümə günü günorta İtaliyanın Siciliya adasının şərqində 4,4 bal gücündə zəlzələ baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar Kataniya əyalətinin və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri tərəfindən hiss olunub. “La Repubblica” qəzeti insanların evlərini tərk etdiyini, bir neçə ticarət mərkəzinin təhlükəsizlik səbəbi ilə təxliyə edildiyini yazır.
Təcili yardım xidmətləri dağıntı və tələfat barədə məlumatın olmadığını bildirib.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər