Bütün xəbərlər
Cokoviç Banja Lukada sensasiyalı məğlubiyyətlə üzləşib
Tarix: 21-04-2023 21:15 | Bölmə: Karusel


Bosniyanın Banya Luka şəhərində ATP 500 kateqoriyası üzrə tennis turniri davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, birinci raketka serb Novak Cokoviç yarımfinala yüksələ bilməyib.
1/4 finalda Novak Cokoviç həmyerlisi dünyanın 70-ci raketkasi Duşan Layoviçlə qarşılaşıb. Cokoviç düz setlərdə sensasiyalı məğlubiyyətlə üzləşib.
Cokoviç ilk setdə 4-6 hesabı ilə məğlub olub. İkinci partiya daha israrlı mübarizədə keçdi. Lakin tay-brekdə Layoviç 7:6 (8:6) hesabı ilə qalib gəlib. Görüş 2 saat 28 dəqiqə davam edib.
Novak Cokoviç turnirdəki çıxışını başa vurub. Duşan Layoviç isə serb Miomir Keçmanoviç və çex Jiri Leqeçka arasında keçirilən görüşün qalibi ilə oynayacağı yarımfinala yüksəlib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər