Bütün xəbərlər
Anastasiya Potapova Ştutqartda keçirilən turnirdə yarımfinala yüksəlib
Tarix: 21-04-2023 20:31 | Bölmə: Karusel


Almaniyanın Ştutqart şəhərində mükafat fondu 781 min dollar olan WTA 500 kateqoriyalı tennis turniri davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı tennisçi Anastasiya Potapova yarışın yarımfinalına yüksəlib.
1/4 finalda dünya reytinqində 24-cü pillədə qərarlaşan Anastasiya Potapova dünyanın beşinci raketkəsi Karolin Qarsiya ilə qarşılaşıb. Anastasiya üç oyunda qalib gəlib.
İlk set Qarsiyaya 6:4 hesabı ilə qalıb. Amma ikinci oyunda Anastasiya oyunun axarını döndərib və 6:3 hesabı ilə qalib gəlib. Üçüncü setdə rusiyalı tennisçi yenə güclü olub - 6:3. Matçın müddəti 2 saat 12 dəqiqə olub.
Anastasiya Potapova yarımfinala yüksəlib. İndi o, dünyanın ikinci raketkası belaruslu Arina Sobolenko ilə görüş gözləyir.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər