Bütün xəbərlər
Sovet aktyoru və müğənnisi Vyaino Aren vəfat edib
Tarix: 19-04-2023 22:38 | Bölmə: Karusel


Sovet və Estoniya teatr və kino aktyoru, rejissoru və müğənnisi Vyaino Arena 89 yaşında dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kədərli xəbəri “Rossiyskaya qazeta” yayıb.
Väino Aren 9 avqust 1933-cü ildə anadan olub. 1953-1955-ci illərdə Leninqrad Xoreoqrafiya Məktəbində oxuyub. 1959-cu ildə Tallin Xoreoqrafiya Məktəbini bitirib.
Hələ tələbə ikən Vanemuine Teatrının artisti, sonra Tallinndəki Estoniya Teatrının solisti olub. Tallində "Viru" estrada şousunda da işləyib.
Aktyorun kino karyerası 1957-ci ildə başlayıb. Vyaino Arenanın ən məşhur əsərləri arasında “Günorta bərə”, “Teatr gecəsi”, “Gənc təqaüdçü”, “Vembu və Tembunun macəraları”, “Xoşbəxt küçə, 13” filmlərindəki rollar var.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər