Bütün xəbərlər
Sabirabad rayon prokurorluğuna press-tur təşkil edilib
Tarix: 19-04-2023 14:01 | Bölmə: Karusel


Aprelin 18-də Sabirabadda Baş Prokurorluq tərəfindən növbəti konfrans təşkil edilib.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər. 
Məlumata görə, konfrans çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.
Sonda xatirə fotoşəkli çəkilib.







Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər