Bütün xəbərlər
Potapova Almaniyada keçirilən turnirdə qələbəni Martiçdən qoparıb
Tarix: 18-04-2023 23:18 | Bölmə: Karusel


Rusiyalı Anastasiya Potapova Almaniyanın Ştutqart şəhərində keçirilən WTA 500 tennis turnirinin ikinci mərhələsinə adlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışın startında dünyanın 24-cü raketkasi xorvat Petra Martiçi üç setdə məğlub edib.
Rəqiblər meydançada 2 saat 35 dəqiqə vaxt keçiriblər. Potapova 3:6, 6:3, 7:6 (7:4) hesabı ilə dünyanın 32-ci raketkasını ələ keçirib.
Rusiyalı qadın 1/4 finala çıxmaq üçün həmyerlisi Veronika Kudermetova ilə amerikalı Kori Qauf arasındakı görüşün qalibi ilə mübarizə aparacaq.
Almaniyada keçirilən turnirin mükafat fondu 780 min avronu ötür. Müsabiqə aprelin 23-də başa çatacaq.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər