Bütün xəbərlər
ABŞ-da ruslar ölkəyə “zərərli təsir göstərməkdə” ittiham olunurdular
Tarix: 18-04-2023 22:19 | Bölmə: Karusel


ABŞ hakimiyyəti dörd amerikalı və üç rusiyalını Rusiyanın maraqları naminə “uzunmüddətli zərərli təsir kampaniyası” təşkil etməkdə ittiham edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Dörd ABŞ vətəndaşı və üç rusiyalı “Rusiya hökumətinin maraqları naminə fəaliyyət göstərməkdə və FSB ilə əməkdaşlıq edərək ABŞ-da çoxillik bədxassəli təsir kampaniyası aparmaqda” şübhəli bilinirlər.
Florida ştatında münsiflər heyətinin məhkəməyə təqdim etdiyi sübutlar ittiham irəli sürməyi inandırıcı hesab edib.
Həmçinin, ABŞ Ədliyyə Departamenti Rusiya vətəndaşı Natalya Burlinova ilə bağlı iş materiallarının məxfilikdən çıxarılmasını elan edib. Rusiyalı qadın FSB zabiti ilə sui-qəsd təşkil edərək qeyri-qanuni “ABŞ-da rus agenti” kimi fəaliyyət göstərməkdə ittiham edilib.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər