Bütün xəbərlər
Rusiya milli futbol komandası CAFA turnirində iştirakdan imtina edib
Tarix: 18-04-2023 22:14 | Bölmə: Karusel


Rusiyanın kişilərdən ibarət komandası Mərkəzi Asiya Futbol Assosiasiyasının yoldaşlıq turnirində iştirak etməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib.
"Bizim bir sıra təşkilati çətinliklərimiz var. Biz imtina etmək məcburiyyətində qaldıq. Suallar var ki, oyunçuların üzərinə böyük yük düşür", - RİA Novosti Mitrofanovdan sitat gətirir.
Mərkəzi Asiya Futbol Assosiasiyası 2014-cü ildə yaradılıb. Buraya Əfqanıstan, İran, Tacikistan, Qırğızıstan və Özbəkistanın futbol federasiyaları daxildir. Tarixdə ilk dəfə CAFA çempionatı iyunun 9-dan 21-dək Bişkek və Daşkənddə keçiriləcək.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər