Bütün xəbərlər
Sixarulidze Rusiya Fiqurlu Konkisürmə Federasiyasına rəhbərlik edəcək
Tarix: 17-04-2023 23:57 | Bölmə: Karusel


Olimpiya çempionu Anton Sixarulidze Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti səlahiyyətlərini icra edən təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Rusiya Fiqurlu Konkisürmə Federasiyasının bəyanatında deyilir: "2022-ci ilin dekabrından fəaliyyət göstərən FFKKR-nin baş direktoru Aleksandr Koqan könüllü olaraq bu vəzifədən istefa verib".
Xatırladaq ki, əvvəllər təşkilata 2022-ci il noyabrın ortalarında 76 yaşında vəfat edən Aleksandr Qorşkov rəhbərlik edirdi.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər