Bütün xəbərlər
"Lokomotiv-Kuban" ÇSKA ilə seriyada hesabı bərabərləşdirib
Tarix: 17-04-2023 23:36 | Bölmə: Karusel


“Lokomotiv-Kuban” komandasının basketbolçuları VTB Birləşmiş Liqasının pley-off mərhələsinin yarımfinal seriyasının ikinci görüşündə Moskvanın ÇSKA komandası üzərində çətin qələbə qazanıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qonaqlar parket sahiblərini 84:83 hesabı ilə məğlub ediblər.
Matçın ən məhsuldar oyunçuları Okaro Uayt (qaliblər arasında) və Aleksey Şved (uduzanlar arasında) olub. Hər iki basketbolçu hərəyə 19 xal toplayıb.
"Lokomotiv-Kuban" seriyada hesabı bərabərləşdirib - 1:1. Yarımfinal qarşılaşmasının üçüncü oyunu aprelin 20-də olacaq. Görüş Krasnodarda keçiriləcək və Moskva vaxtı ilə saat 20:00-da başlayacaq.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər