Bütün xəbərlər
Mirançuk “Salernitana” ilə matçda məhsuldar ötürmə edib
Tarix: 16-04-2023 22:25 | Bölmə: Karusel


Rusiyalı "Torino"nun yarımmüdafiəçisi Aleksey Mirançuk futbol üzrə İtaliya çempionatının 30-cu turunun "Salernitana" ilə ev oyununda məhsuldar ötürmə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, meydan sahiblərinin məğlubiyyətdən xilas olmasına kömək etdi. Yekun hesab 1:1.
Qonaqlar ilk hissənin 9-cu dəqiqəsində Tonni Vilhenanın qolu sayəsində hesabda önə keçiblər. Fasilədən sonra “öküzlər” toparlanmağı bacarıb. Topu Antonio Sanabria (57-ci dəqiqə) vurub.
“Torino” 39 xalla A Seriyasında 10-cu pillədə qərarlaşıb. Salernitana 30 xalla 15-cidir.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər