Bütün xəbərlər
Rublev Monte Karloda keçirilən turnirin qalibi olub
Tarix: 16-04-2023 22:22 | Bölmə: Karusel


Monte Karloda Andrey Rublev və Holqer Rune arasında "Masters" tennis turnirinin final görüşü başa çatıb

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı üç setdə danimarkalıları məğlub edərək yarışın əsas kubokunu qazanıb.
Rəqiblər meydançada 2 saat 34 dəqiqə vaxt keçiriblər. Rublev Danimarka təmsilçisini 5:7, 6:2, 7:5 hesabı ilə məğlub edib.
Monte Karloda keçirilən turnirin mükafat fondu 5,8 milyon avro təşkil edib.
Rusiyalı tennisçi karyerasında ilk dəfə Masters kateqoriyasının qalibi olub. O, əvvəllər iki finalda məğlub olmuşdu.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər