Bütün xəbərlər
Premyer Liqanın lideri "Arsenal" "Vest Hem"lə görüşdə xal itirib
Tarix: 16-04-2023 21:38 | Bölmə: Karusel


Futbol üzrə İngiltərə çempionatının lideri Londonun “Arsenal” klubu 31-ci turda səfərdə “Vest Hem”lə qarşılaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onuncu dəqiqəyə iki qol vuran “topçular” üstünlüyü əldən verib.Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaqların heyətində qolları Qabriel Jezus (7-ci dəqiqə) və Martin Odeqard (10-cu) vurub. Meydan sahiblərinin qollarına Said Benrahma (33-cü, penaltidən) və Jarrod Bowen (55-ci) imza atıblar.
52-ci dəqiqədə londonluların yarımmüdafiəçisi Bukayo Saka penaltini dəqiq yerinə yetirə bilməyib.
"Arsenal" 74 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir. “Topçular” “Mançester Siti”ni 4 xal qabaqlayır. "Vest Hem" 31 xalla 15-ci yerdədir.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər