Bütün xəbərlər
Keniyada naməlum xəstəlikdən dörd nəfər ölüb
Tarix: 15-04-2023 23:59 | Bölmə: Karusel


Keniyanın qərbində naməlum yoluxucu xəstəlik nəticəsində dörd nəfər ölüb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bütün xəstələr iki yerli məktəbin şagirdridir. Onlar qızdırma, qarın ağrısı, ürəkbulanma və ishal kimi simptomlardan şikayət ediblər. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 627 nəfər infeksiyaya yoluxub, 19 nəfər xəstəxanaya çatdırılıb, 4 nəfəri xilas etmək mümkün olmayıb.
Hazırda epidemiyanın baş verdiyi təhsil müəssisələri bağlanıb, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər