Bütün xəbərlər
Sudan ordusunun baş komandanı xüsusi təyinatlıların buraxılması haqqında fərman verib
Tarix: 15-04-2023 23:35 | Bölmə: Karusel


Sudan silahlı qüvvələrinin baş komandanı və ölkənin keçid hökumətinin başçısı Əbdülfəttah Burhan çevik reaksiya qüvvələrinin buraxılması haqqında fərman verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sudanın Baş Təhlükəsizlik Xidməti özünün Twitter mikrobloqunda yazıb.
Xatırladaq ki, ordu birlikləri ilə Məhəmməd Hamdan Danqlonun komandanlıq etdiyi Çevik Hücum Qüvvələri arasında toqquşmalar aprelin 15-də başlayıb. Hər iki tərəf bir-birini münaqişənin başlamasında ittiham edir.
İlkin məlumatlara görə, prezident sarayı hərbçilər tərəfindən mühasirəyə alınıb. Xüsusi təyinatlılar El Faşer Beynəlxalq Hava Limanına nəzarəti ələ keçirdiklərini bildirirlər.
Bundan əlavə, Sudan Milli Televiziyası da yayımını dayandırıb. KİV-in məlumatına görə, ona Çevik Hərəkət Qüvvələri nəzarət edir.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər