Bütün xəbərlər
Britaniyalı muzdlular İraq və Ukraynadakı münaqişələri müqayisə ediblər
Tarix: 15-04-2023 21:15 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər İraqda xidmət etmiş və hazırda Ukrayna Silahlı Qüvvələrinə qoşulmuş britaniyalı muzdlu Kristofer Perriman rus topçularını tərifləyib. O izah edib ki, Dnepr yaxınlığında peyda olan istənilən Ukrayna bölməsi dərhal ağır silahlardan güclü atəşə məruz qalır. Üstəlik, Rusiyanın kəşfiyyatçı pilotsuz təyyarələri daim havadadır.
Perrimanın sözlərinə görə, Ukraynada xidmət etmək İraqdan qat-qat çətindir.
"Ruslar gizlənə biləcəyimiz yeganə yerin evdə olduğunu bilirlər və onları məğlub etsələr, getməyə heç bir yerimiz qalmayacaq" deyə, muzdlu "The Spectator"-a müsahibəsində əlavə edib.
Xatırladaq ki, son məlumatlara görə, Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı 407 Ukrayna təyyarəsi, 228 helikopter, 3756 pilotsuz uçan aparat, 8677 zirehli texnika və 4593 artilleriya qurğusunu məhv edib.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər