Bütün xəbərlər
Ali Məhkəmənin mətbuat katibi işdən azad edildi
Tarix: 14-04-2023 22:23 | Bölmə: Karusel

                    ali-mehkemenin-metbuat-katibi-isden-azad-edildi



Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli işdən azad edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 67 yaşlı katib öz istəyi ilə işdən çıxma ərizəsi yazıb. Ərizə Ali Məhkəmənin sədri İnam Kərimov tərəfindən qəbul edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Məlumatı Ali Məhkəmədən “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, A.Məmmədli 1956-cı ildə Babək rayonunda doğulub. O, uzun illər Ali Məhkəmənin mətbuat katibi olub.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər