Bütün xəbərlər
Tatyana Navka Luqanskda buz şousu keçirəcək
Tarix: 13-04-2023 14:40 | Bölmə: Karusel


Buz rəqsi üzrə olimpiya çempionu Tatyana Navka Luqanskda özünün "Ruslan və Lyudmila" adlı buz şousunu təqdim etmək niyyətindədir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirin tarixini təsdiqləmək qalır.
2022-ci ildə Tatyana Navka Luqanskda buz şousuna ev sahibliyi etmək üçün qrant qazandı. Fiqurlu konkisürən "Ruslan və Lyudmila" tamaşasını təqdim edəcək.
RİA Novosti-nin məlumatına görə, şounun Luqanskda keçirilməsi ilə bağlı qərar artıq qəbul edilib. Hazırda yerli Mədəniyyət Nazirliyi ilə müqavilə var.
Tatyana Navka 2006-cı ildə buz rəqsi üzrə Olimpiya çempionu oldu. Tatyanın ortağı Roman Kostomarov idi.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər