Bütün xəbərlər
“Zenit” akademiyanın Çində filialını açmağı planlaşdırır
Tarix: 11-04-2023 23:54 | Bölmə: Karusel


Sankt-Peterburq "Zenit"inin prezidenti Aleksandr Medvedev klubun Çində Akademiyanın filialını açmaq planlarını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Çin Futbol Federasiyası ilə əməkdaşlığın təfərrüatlarını da bölüşüb.
“Beyhay şəhərinin hökuməti və Beyhay Futbol Federasiyasının nümayəndələri ilə “Qazprom”un filialının – Çində “Zenit” klubunun Akademiyasının açılması məsələsi üzərində iş aparılır”, – o, “Sport Express” qəzetinə deyib.
“Çin Futbol Federasiyası, Pekin Futbol Federasiyası və Tianjin Şəhər Futbol Federasiyası Sankt-Peterburqdakı “Zenit” FK Məşqçi İnkişaf Mərkəzinin bazasında yoldaşlıq görüşlərinin keçirilməsi və Çindən olan məşqçilərin hazırlanması üzrə layihələrin həyata keçirilməsi təklifini dəstəkləyib”.
Medvedev həmçinin qeyd edib ki, çinli həmkarları ilə qarşılıqlı əlaqə yaratmaq cəhdi birinci deyil. O, etiraf edib ki, ötən il Çinin 15 yaşadək futbolçulardan ibarət gənclər yığmasını Yu.A-nın xatirəsinə həsr olunmuş turnirə dəvət edib. Lakin sonradan covid pandemiyası səbəbindən problemlər yaranıb.
“Biz komandanı bu il turnirdə gözləyirik”, - deyə, o, yekunlaşdırıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər