Bütün xəbərlər
"Çelsi" Qavisiz "Barselona"nı tərk etmək niyyətindədir
Tarix: 11-04-2023 23:53 | Bölmə: Karusel


"Çelsi" Futbol Klubu "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Qavi ilə müqavilə bağlamağa hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, londonlular 18 yaşlı yarımmüdafiəçini pulsuz almaq niyyətindədir.
İspaniyanın “As” nəşrinin məlumatına görə, “Çelsi”nin nümayəndələri artıq futbolçunun maraqlarını təmsil edən agentlə görüşüblər. Nəticədə tərəflər birinci görüşü müsbət qiymətləndirərək növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edilir ki, Qavini "Çelsi"yə almaq üçün ona təsiredici məbləğə müqavilə vermək niyyətindədirlər. Mənbənin sözlərinə görə, mavi-qaralar ispaniyalını yayda pulsuz almaq istəyir. Bu, "Barselona"nın futbolçunun qeydiyyatı üçün 200 milyon avro ayırmadığı təqdirdə baş verə bilər.
Bundan əlavə, arqument kimi “Çelsi”nin rəhbərləri kataloniyalıların sabiq çalışdırıcısı Luis Enrikenin baş məşqçi təyin olunmasını da əsas gətirirlər. Qavi artıq onun rəhbərliyi altında işləyib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər