Bütün xəbərlər
“Aris” Kokorinlə Kipr çempionatında “Omoniya”nı məğlub edib
Tarix: 11-04-2023 23:28 | Bölmə: Karusel


“Aris” futbol klubu Kipr çempionatında səfərdə “Omoniya” üzərində qələbə qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nikosiyada keçirilən görüş böyük hesabla başa çatıb.
“Aris”in futbolçuları “Omoniya”nın qapısına üç cavabsız qol göndərib. İlk hissədə hesabı Leo Benqtsson açıb, Uorren Şavi və Morqan Braun isə fasilədən sonra daha iki qol vurub. Nəticə - 3:0 "Aris"in xeyrinə.
Görüşə Limassollu komandanın rusiyalı hücumçusu Aleksandr Kokorin start heyətdə başlayıb. O, 83 dəqiqə meydanda olub, sonra əvəzlənib - təsirli hərəkətlər edə bilməyib.
Beləliklə, “Aris” 63 xal toplayaraq çempionatın pley-off cədvəlində birinci yerə çıxıb – Kipr çempionatında medallar uğrunda mübarizə aparacaq altı komanda. “Omoniya” 45 xalla qalıb və yarımqrupun sonuncu, altıncı pilləsində qərarlaşıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər