Bütün xəbərlər
Moskvada baş verən yanğında bir nəfər ölüb
Tarix: 08-04-2023 23:16 | Bölmə: Karusel


Moskvanın şərqində çoxmərtəbəli binada baş verən yanğın yaşlı qadının həyatına son qoyub, 3-ü uşaq olmaqla 14 sakin təxliyə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, şənbə günü Veşnyakovskaya küçəsində yaşayış binasında yanğın baş verib - altıncı mərtəbədəki mənzil yanıb. Yanğın mətbəx, otaq və dəhlizləri 15 kv.m sahədə əhatə edib. Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər 84 yaşlı mənzil sahibinin meyitini aşkar ediblər.
Qonşu mənzillərdən 14 nəfər, o cümlədən üç uşaq və iki pensiyaçı təxliyə edilib.
Paytaxt prokurorluğundan verilən məlumata görə, yanğın faktı ilə bağlı araşdırmalara başlanılıb, araşdırma çərçivəsində yanğının baş vermə səbəbləri və şəraiti müəyyən ediləcək.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər