Bütün xəbərlər
Rusiyalı futbolçular Belarus yığması ilə heç-heçə oynayıblar
Tarix: 07-04-2023 23:39 | Bölmə: Karusel


Minskdə Belarus və Rusiya qadın komandaları arasında yoxlama oyunu keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Rusiyanın qadınlardan ibarət futbol yığması Minskdə Belarusdan olan rəqiblərini üstələyə bilməyib. Bu, komandaların son bir ildə üçüncü görüşü idi.
71-ci dəqiqədə ruslar 11 metrlik zərbə vurmaq hüququ qazanıb. Lakin Londonun “Çelsi” klubunda çıxış edən Alsu Abdulina penaltini dəqiq yerinə yetirə bilməyib.
Ötən ilin oktyabrında komandalar iki oyun keçirib. İlk görüşdə ruslar 2:0 hesabı ilə qalib gəlib. İkinci oyun 2:2 hesablı bərabərliklə başa çatıb.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər