Bütün xəbərlər
Anna Kalinskaya Çarlstonda keçirilən turnirdə yarımfinala çıxa bilməyib
Tarix: 07-04-2023 22:51 | Bölmə: Karusel

ABŞ-ın Çarlston şəhərində mükafat fondu 780 min dollar olan tennis turniri davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı tennisçi Anna Kalinskaya çıxışını başa vurub.
1/4 finalda Anna Kalinskaya Tunis təmsilçisi Ons Jaberlə qarşılaşıb. Anna zədə səbəbindən görüşü başa vura bilməyib.
Dünyanın 70-ci raketkası Anna Kalinskaya dünya təsnifatında beşinci yeri tutan Ons Caberlə də qarşılaşıb. İlk oyunda Anna 1:6 hesabı ilə məğlub olub. İkinci setdə 4:0 hesabı ilə Jaberin xeyrinə olan Anna zədə səbəbindən mübarizəni başa vurub.
Ons Jaber yarımfinala yüksəlib. Onun rəqibi Darya Kasatkina ilə amerikalı Medison Keys arasında keçiriləcək görüşdə müəyyənləşəcək.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər