Bütün xəbərlər
Voleybolçu Larisa Bergen vəfat edib
Tarix: 07-04-2023 21:34 | Bölmə: Karusel


1976-cı il Olimpiadasının gümüş mükafatçısı, SSRİ qadınlardan ibarət voleybol yığmasının halqaçısı Larisa Bergen vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ikiqat Avropa çempionunun 73 yaşı var idi.
Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti Larisa Bergenin vəfat etdiyini açıqlayıb. Voleybolçunun ölüm səbəbi barədə məlumat verilmir.
"Ümumrusiya Voleybol Federasiyası təəssüflə bildirir ki, Larisa Abramovna Bergen vəfat edib. Larisa Abramovnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - Ümumrusiya Voleybol Federasiyasının saytında yerləşdirilən mesajda deyilir.
Larsa Bergen karyerasına Alma-Ata ADK-da başlayıb. 1971-ci ildən Bergen Moskvanın "Dinamo"sunda çıxış edib və dörd dəfə ölkə çempionatının qalibi olub. SSRİ milli komandasının tərkibində Larisa Abramovna iki dəfə Avropa çempionatının qalibi oldu, Dünya Kubokunun qalibi olub və 1976-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər