Bütün xəbərlər
“Trabzonspor” Çerçesovu dəvət etməkdə maraqlıdır
Tarix: 07-04-2023 21:22 | Bölmə: Karusel


Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov karyerasını Türkiyədə davam etdirə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkə çempionu “Trabzonspor” 59 yaşlı mütəxəssisi dəvət etməkdə maraqlıdır.
Stanislav Çerçesov hazırda Macarıstanın "Ferencvaros" klubunda çalışır. Amma ola bilsin ki, yayda Stanislav Salamoviç iş yerini dəyişsin.
“Sport-Ekspress”in məlumatına görə, “Trabzonspor” Stanislav Çerçesovu baş məşqçi postunda görmək istərdi. Cari mövsümdə Trabzon klubu zəif çıxış edir və Türkiyə Superliqasında yalnız altıncı yeri tutur. Rəhbərlik baş məşqçi Abdulla Avcini istefaya göndərmək niyyətindədir və Stanislav Çerçesovu onun davamçısı hesab edir.
Stanislav Çerçesov özü "Trabzonspor"un onunla maraqlanması ilə bağlı yayılan məlumatları şərh etməyib. Çerçesov hazırda Macarıstan liqasının lideri Ferençvaroşla işləyir. Ötən mövsüm Stanislav Salamoviçin rəhbərliyi altında “Ferensvaros” ölkə çempionluğunu və kubokunu qazanıb.



Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər