Bütün xəbərlər
Paris polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
Tarix: 06-04-2023 23:09 | Bölmə: Karusel


Parisdə hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün pensiya yaşının artırılmasına qarşı nümayiş keçirilən Fransa paytaxtının bir sıra KİV-ləri məlumat yayıb.
Etiraz nümayişi başlayan kimi Qara Blokdan olan anarxistlər polis əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Daha sonra zibil qutularını yandırıblar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına boş butulkalar atmağa başlayıblar.
Polis nümayişçilərin radikal hissəsini sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. Xatırladaq ki, Fransada pensiya islahatına qarşı etirazlar geniş vüsət alır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər