Bütün xəbərlər
Lempard mövsümün qalan hissəsində "Çelsi"ni çalışdıracaq
Tarix: 06-04-2023 16:09 | Bölmə: Karusel


"Çelsi" Frank Lempardı müvəqqəti baş məşqçi təyin edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lempard mövsümün sonuna qədər komandada qalacaq.
Frenk Lempard "Çelsi"nin baş məşqçiliyinə qayıdacaq. Düzdür, 44 yaşlı mütəxəssis yalnız mentor kimi fəaliyyət göstərəcək.
"Çelsi" rəhbərliyi öz ulduzu Frenk Lempardı xatırlayıb. "Sport 24"-ün məlumatına görə, "mavilər"in keçmiş yarımmüdafiəçisi mövsümün sonuna qədər məşq prosesinə rəhbərlik edəcək. Londonluların baş məşqçi postu Qrem Potterin qovulmasından sonra boş qalıb.
"Çelsi"də 13 mövsüm oynayan Frenk Lempard 2019-cu ilin iyulundan 2021-ci ilin yanvarınadək londonluları çalışdırıb. Lempardın son iş yeri 2023-cü ilin yanvarında qovulduğu "Everton" olub.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər