Bütün xəbərlər
FİDE "Qran Pri"si- Qoryaçkina Yeni Dehlidə keçirilən turnirdə birinci olub
Tarix: 05-04-2023 20:56 | Bölmə: Karusel

Rusiya şahmatçısı Aleksandra Qoryaçkina Hindistanın paytaxtında keçirilən Beynəlxalq Şahmat Federasiyasının "Qran-pri" seriyasının növbəti mərhələsinin qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı qadın əlavə göstəricilərə görə rəqiblərini qabaqlayıb.
Finalda Qoryaçkina turnirin aparıcısı Humpi Koneru ilə heç-heçə edib. Polina Şuvalova digər hindistanlı Dronavalli Harikaya qalib gəlib, Ramaşbabu Vaişali gürcü Nana Dzaqnidzeyə uduzub. Digər rusiyalı Yekaterina Lahno isə qazaxıstanlı Bibisara Assaubayeva ilə xalları bölüşüb.
Nəticədə Yeni Dehlidə keçirilən FİDE "Qran Pri"sində Qoryaçkina, Assaubaeva və çinli Ju Jiner 9 xaldan 6 xal toplayıblar. Lakin ən yaxşı əlavə göstəricilər Rusiyadan olan qrossmeysteri birinci, qazaxıstanlı idmançını ikinci yerə çatdırıb.
Hərəyə 5 xalı olan Yekaterina Lahno və Polina Şuvalova müvafiq olaraq 4-cü və 5-ci yerləri tutmuşlar. Hakimlər əlavə göstəricilərinə də baxıblar. Turnirdə beş ölkədən - Gürcüstan, Hindistan, Qazaxıstan, Çin və Rusiyadan on idmançı iştirak edib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər