Bütün xəbərlər
Çin Moskva və Sankt-Peterburqda viza mərkəzləri açmağa hazırlaşır
Tarix: 04-04-2023 23:30 | Bölmə: Karusel

Yaxın vaxtlarda Moskva və Sankt-Peterburqda Çin viza mərkəzləri açacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin hakimiyyəti bu qərarı ölkənin Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı baş konsulluğunun vizaların verilməsi üçün sənədlərin qəbulu işinin səmərəliliyini artırmaq məqsədilə qəbul edib.
Çinin Şimali paytaxtdakı Baş Konsulluğunun rəsmi Telegram kanalının məlumatına görə, viza mərkəzləri artıq əsas hazırlıq işlərini başa çatdırıb və hazırda Rusiya tərəfdaşları ilə əməkdaşlıq məsələləri üzrə danışıqlar aparır.
"Hər şey razılaşdırılan kimi Çin tərəfi ən qısa zamanda Çin viza mərkəzlərini açacaq", - Baş Konsulluq söz verib.
Çin dəfələrlə beynəlxalq ictimaiyyətlə, xüsusən də Rusiya və Hindistanla əlaqələri gücləndirmək niyyətində olduğunu bəyan edib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq, "Çin, Rusiya və Hindistan əhəmiyyətli təsirə malik əsas inkişaf etməkdə olan ölkələrdir" deyib.
Çin prezidenti Si Çzinpin, özünün dediyi kimi, sülh, dostluq və əməkdaşlığı gücləndirmək üçün mart ayında Rusiyaya dövlət səfəri edib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Çin əməkdaşlığının səkkiz əsas istiqamətini müəyyən ediblər.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər