Bütün xəbərlər
Sankt-Peterburqda baş verən terror aktından sonra 42 nəfər tibbi yardım istəyib
Tarix: 04-04-2023 23:29 | Bölmə: Karusel

Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sankt-Peterburqda hərbi komandir Vladlen Tatarskinin (Maksim Fomin) ölümü ilə nəticələnən terror aktından sonra üçü azyaşlı olmaqla 42 nəfər tibbi yardım istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, 24 nəfər şəhər xəstəxanalarında qalıb, onlardan üçünün vəziyyəti ağırdır. Daha əvvəl 40-a yaxın qurbanın olduğu bildirilirdi.
Hücum aprelin 2-də axşam saatlarında həyata keçirilib. Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayıcı qurğu işə düşüb. Orada abonentlərlə görüş keçirən Tatarski yerindəcə dünyasını dəyişib.
Terror aktını törətməkdə ittiham olunan 26 yaşlı Daria Trepova Moskvanın Basmannı məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər