Bütün xəbərlər
Naməlum şəxs daşınmaz əmlak agentliyinə atəş açıb
Tarix: 03-04-2023 23:58 | Bölmə: Karusel



Kalininqrad müstəntiqləri bir nəfərin Svetloqorskda daşınmaz əmlak agentliyinin iki əməkdaşına hücumundan sonra iki maddə ilə cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kalininqrad vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, bazar ertəsi axşam saatlarında 63 yaşlı yerli sakin Svetloqorsk şəhərinin Kalininqradski prospektində daşınmaz əmlak agentliyinin binasına daxil olaraq iki işçiyə atəş açıb. Hər iki zərərçəkən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hücum edənlər qaçıb, axtarış aparılır.
Faktla bağlı “İki nəfəri öldürməyə cəhd” və “Qanunsuz silah dövriyyəsi” maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər işləyir. Baş verənlərin təfərrüatları və hücum edənin motivləri müəyyənləşdirilir.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər