Bütün xəbərlər
"Çelsi" baş məşqçi Potterlə yollarını ayırıb
Tarix: 02-04-2023 23:40 | Bölmə: Karusel


"Çelsi"nin baş məşqçisi Qrem Potter klubun baş məşqçisi vəzifəsini tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə London komandasının mətbuat xidməti məlumat yayıb.
"Klubda işlədiyi müddətdə Qrem bizi Çempionlar Liqasının 1/4 finalına çıxardı və burada Real Madridlə qarşılaşacağıq. “Çelsi” Potterə göstərdiyi bütün səylərə görə təşəkkür edir və ona gələcək üçün ən yaxşısını arzulayır". Bu barədə rəsmi internet saytında məlumat yerləşdirilib.
Baş məşqçi səlahiyyətlərini keçmiş “Çelsi” çalışdırıcısının heyətində yer alan Bruno Saltor icra edəcək.
47 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrında londonlulara rəhbərlik edib. O, baş məşqçi postunda Tomas Tuçeli əvəzləyib. Potterin müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi bağlanıb.
"Çelsi" Premyer Liqada 28 oyundan sonra 38 xalla 11-ci pillədə qərarlaşıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər