Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Tatarskinin qətlinə münasibət bildirib
Tarix: 02-04-2023 23:29 | Bölmə: Karusel


Rus jurnalistlər daim Kiyev tərəfindən ölüm təhdidləri və təqibləri ilə üzləşirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin müvafiq beynəlxalq strukturlar bu faktlara məhəl qoymur, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Ukrayna hakimiyyəti açıq şəkildə bu cinayətləri uğur adlandırsa da, xarici peşəkar icmalar rusiyalı jurnalistlərin bir nəfər də olsun qətlini araşdırmayıb.
Zaxarova xatırladıb ki, son vaxtlara qədər Qərb ölkələri terror aktları törədilən jurnalistləri qorumaq üçün birləşib.
“Bu gün Ağ Evdə, Dauninq-stritdə, Yelisey sarayında və sairdə jurnalistlərin rifahı və jurnalistika azadlığından narahat olduqlarını nəzərə alsaq, reaksiyanın olmaması öz sözünü deyir”, - diplomat əlavə edib.
O, həmçinin qeyd edib ki, Vladlen Tatarskinin işi Kiyev rejiminin nifrətini oyatdı, çünki o, Ukrayna rəhbərliyi üçün təhlükəli idi və cəsarətlə sona qədər getdi.
Xatırladaq ki, Vladlen Tatarski kimi tanınan Maksim Yuryeviç Fomin aprelin 2-də Sankt-Peterburqda öldürülüb. Onun yaradıcılıq gecəsinin keçirildiyi kafedə partlayış baş verib - 25 nəfər yaralanıb.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər