Bütün xəbərlər
Ukraynalı radikallar Xmelnitskidəki məbədi ələ keçiriblər
Tarix: 02-04-2023 22:16 | Bölmə: Karusel


Bir qrup radikal Ukraynanın Xmelnitski şəhərindəki Pokrovski kilsəsinə soxularaq bütün din xadimlərini çıxarıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, radikallar polisdən binanı möhürləməyi də tələb ediblər.
Münaqişə aprelin 2-də səhər saatlarında hərbi geyimdə olan naməlum şəxs məbəddə dava salmaq istəyərkən alovlanıb. RİA Novosti agentliyi yazır ki, nəticədə o, Müqəddəs İncilə zərər vurub və xidməti pozub.
Hadisə yerinə polis çağırılıb. O, dava edən şəxsi həbs edib və “xırda xuliqanlıq” maddəsi ilə iş açıb. Lakin sonradan radikallar məbədə toplaşmağa başladılar.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər