Bütün xəbərlər
Stavropol diyarında 4,6 bal gücündə zəlzələ baş verib
Tarix: 01-04-2023 23:58 | Bölmə: Karusel

Şənbə günü axşam Stavropol diyarında 4,6 bal gücündə zəlzələ baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
"Şənbə günü Predqornı bələdiyyə rayonunda 15 kilometr dərinlikdə 4,6 bal gücündə seysmik hadisə qeydə alınıb", - məlumatda deyilir.
İlkin məlumata görə, xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Həyata yardım xidmətləri normal işini davam etdirir.
Zəlzələ Sovet və Georgiyevski şəhər rayonlarında, həmçinin Pyatiqorsk, Kislovodsk və Jeleznovodskda hiss olunub.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər