Bütün xəbərlər
Penzada xəstəxanada yeddi aylıq oğlunu qətlə yetirən qadın həbs edilib
Tarix: 01-04-2023 23:57 | Bölmə: Karusel

Penzada məhkəmə xəstəxanada yeddi aylıq oğlunu qətlə yetirən qadını həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə yeddi aylıq oğlunu öldürməkdə şübhəli bilinən qadını həbs edib. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Penza vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Cinayət 2023-cü il yanvarın 30-da xəstəxanada törədilib. Qadın uşağın nəfəs yollarını əlləri ilə bağlayaraq boğub. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.
“Qadın saxlanılıb, o, azyaşlının qətlində ittiham olunub, açıq-aydın köməksiz vəziyyətdə olduğu üçün. Məhkəmə müstəntiqin həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib”, - İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
İstintaq hadisənin başvermə şəraitini müəyyənləşdirir, bir neçə ekspertiza təyin edilib.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər