Bütün xəbərlər
Promes "Axmat"la oyunu buraxacaq
Tarix: 01-04-2023 23:19 | Bölmə: Karusel


Moskva "Spartak"ının hücumçusu Kuinsi Promes futbol üzrə Rusiya çempionatının 21-ci turunun matçında "Axmat" Qroznı ilə oynamayacaq. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hollandiyalının səhhətində problemlər yaranıb.
"Qırmızı-ağlar"ın mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov TASS-a istinadən bildirir ki, "Görüşdən əvvəl Quincy Promes bir az diskomfort yaşadı. Məşqçilər korpusu onu saxlamaq qərarına gəlib".
"Spartak" - "Axmat" matçı aprelin 1-də Moskvada keçiriləcək. Oyun Moskva vaxtı ilə saat 16:30-da başlayacaq.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər