Bütün xəbərlər
“Spartak” öz meydanında “Axmat”a qalib gələ bilməyib
Tarix: 01-04-2023 22:24 | Bölmə: Karusel

Moskvada paytaxtın “Spartak”ı ilə Qroznının “Axmat” klubları arasında futbol üzrə Rusiya çempionatının 21-ci turunun görüşü baş tutub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatan rəqiblər xalları bölüşüblər.
Meydan sahibləri əhəmiyyətli üstünlüyə malik olub və bir neçə qol vəziyyətləri yaradıblar. Bununla belə, Çeçenistan yığmasının qapıçısı Giorgi Şelia qüsursuz hərəkət edib.
"Spartak" 41 xalla RPL turnir cədvəlində üçüncü yerdə qalıb. 33 xalı olan "Axmat" altıncı pilləni qoruyub.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər