Bütün xəbərlər
Dzyubanın dublu "Lokomotiv"ə Nijni Novqorodu məğlub etməyə kömək etdi
Tarix: 01-04-2023 22:17 | Bölmə: Karusel


Moskvanın “Lokomotiv” komandasının futbolçuları RPL çempionatının 21-ci turu çərçivəsində səfərdə “Nijni Novqorod” üzərində inamlı qələbə qazanıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qonaqlar meydan sahiblərini 4:0 hesabı ilə məğlub ediblər.
“Dəmiryolçular”ın heyətində birinci hissənin 15 və 31-ci dəqiqələrində fərqlənən Artem Dzyuba dubla imza atıb. Digər qolu Dmitri Barinov (26-cı) və Anton Mirançuk (90+2) vurub.
25 xal toplayan "Lokomotiv" Rusiya futbol çempionatının turnir cədvəlində 11-ci yerdədir. 19 xalla "Nijni Novqorod" 13-cü yerdə qalıb.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər