Bütün xəbərlər
Baş Prokurorluğun nümayəndəsi Strasburqda iclasda iştirak edib
Tarix: 31-03-2023 19:58 | Bölmə: Karusel


Martın 30-31-də Strasburqda Avropa Şurasının Nifrət cinayətləri üzrə ekspert komitəsinin 3-cü iclası keçirilib.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Qeyd olunub ki, tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara, azyaşlılara və cinsi azlıqlara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb.
Müzakirələr nəticəsində Komitə tərəfindən Şuranın Nazirlər Komitəsinə nifrət cinayətlərinə qarşı mübarizəyə dair tövsiyə və təlimat layihəsi hazırlanıb.






Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər