Bütün xəbərlər
ABŞ-da güclü tornado nəticəsində yüzlərlə insan xəsarət alıb
Tarix: 31-03-2023 20:21 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təcili yardım ekipajları martın 31-i cümə günü ABŞ-ın cənubunda baş verən tornado zamanı xəsarət alanların axınının öhdəsindən gəlmək üçün mübarizə aparır.
RİA Novosti xəbər verir ki, ilkin məlumatlara görə, Arkanzas ştatında tüğyan edən təbii fəlakət nəticəsində azı 600 nəfər xəsarət alıb. Tornadodan ən çox zərər çəkən Little Rock şəhəri olub. Fırtına oradakı binalara ciddi ziyan vurub.
Tornadonun keçmə ehtimalı yüksək olan ərazilərdə fövqəladə vəziyyət hələ görünməmişdən əvvəl elan edilib. 70 minə yaxın istehlakçı işıqsız qalıb. Xilasetmə xidmətləri dağıntıları təmizləyir və elektrik enerjisini bərpa edir. Təbii fəlakətin fəsadları dəqiqləşdirilir.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər